Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
SIĞORTA OLUNMAQ İNSAN HƏYATININ TƏRKİB HİSSƏSİDİR

0




  • Sığorta olunmaq həyatımızda mühüm əhəmiyyət kəsb edir. Hər bir insan öz həyatını, vn əmlakını sığorta etdirsə bunun mənfi yox, müsbət əhəmiyyəti vardır.

    Dövlət Sığorta Kommersiya şirkətinin Xocalı rayon filialının direktoru Seymur Çobanov sığortalanmanın vacib şərtlərindən danışdı:



    – Sığorta olunmağın bir çox şərtləri vardır. Bu şərtlərin yerinə yetirilməsində Sığorta Şirkətlərinin üzərinə mühüm vəzifələr düşür. Bu sahəilk baxışda yüngül görünsə də, ağırlıq və məsuliyyətinə görə seçilir. Sığorta şirkətləri ilə müqavilə bağlayan vətəndaşların və şirkətin üzərinə mühüm vəzifələr düşür. Ən əsası odur ki, müqavilə şərtlərində göstərilən məsələlər aydın, şəffaf şəkildə icra olunmalıdır.

    Nəqliyyatın icbari sığortası, daşınmaz əmlakın sığortası, fərdi qəza sığortası, nəqliyyatın tam (kasko), kənd təsərrüfatı (bitkilərin, heyvanların) sığortası həyata keçirilir. Əsas məsələlərdən biri də odur ki, müqavilədə iştirak edən şəxslər baş vermiş hadisə barəsində sığorta şirkətlərinə düzgün və aydın məlumatlar verməlidirlər. Mübahisə doğuran məsələlər məhkəmə yolu ilə həll edilə bilər.

    Rayon filialı planlı və ardıcıl şəkildə fəaliyyət göstərir. Filialda
    50 min manata qarşı 49 min manatlıq sığorta müqaviləsi imzalanıb. Xəsarət, qəza  və bədbəxt hadisələrlə bağlı 2014-cü ildə sığorta şərtləri ödənilmiş, sığorta haqları problemsiz şəkildə vətəndaşlara ödənilmişdir. Demək olar ki, bu sahədə heç bir problemimiz yoxdur.

    Sakinlərimizi
    şəxsi sığorta olunmağa dəvət edirik. Vətəndaşlar bunun xeyirini və səmərəsini görər, heç bir ziyana düşməzlər. Sığorta olunmaqdan heç bir zaman çəkinməyin!
    Müsahibəni apardı: Qasım QIRXQIZLI
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib49 dəfə
    SIĞORTA OLUNMAQ İNSAN HƏYATININ TƏRKİB HİSSƏSİDİR

    Maraqlı gələ bilər
    98
    45